Azərbaycanın daha 5 cüdoçusu bu gün Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında mübarizəyə başlayacaq.

Leqal.info-nun məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Vüqar Talıbov 1/16 final mərhələsində Maksims Duinovsla (Latviya), eyni çəkidəki İsmayıl Zamanov Aleks Maruşka (Slovakiya) ilə üz-üzə gələcək.

100 kq-dakı Ruslan Nəsirli 1/8 finalda Hubert İllmerlə (Avstriya), 100 kq-dan yuxarı çəkidəki Kənan Nəsibov eyni raundda Alin Baqrinlə (Moldova) görüşəcək.

Qadınların yarışında 78 kq-dakı Nərmin Əmirli 1/8 finalda Yuli Alma Mişinerin (İsrail) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.