Braziliyalı əfsanəvi futbolçu Pele vəfat edib.

Leqal.info “Assosiated Press”ə istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat olunub.

Veteran hücumçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Pele 3 qat (1958, 1962, 1970-ci illər) dünya çempionu olan yeganə futbolçudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Sabiq forvard FIFA-nın versiyasına əsasən XX əsrin ən yaxşı futbolçusu elan edilib.

Hücumçu Braziliyanın "Santos" (1956-1974-cü illər) və Amerikanın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.