Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında davam edən Millətlər kubokunun 5-ci günündə final döyüşlərinə başlanılıb.

Leqal.info xəbər verir ki, yeniyetmə boksçuların mübarizəsində yarımfinalda millimiz Banuçiçək Nəsirli macarıstanlı Patrisiya Petrimanı məğlub etdikdən sonra növbəti görüşdə həmyerlisi Roksana Talpasla qarşı-qarşıya gəlib və finalda rəqibini 5:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
Digər bir millimiz Emili Rzayeva gənclərin yarışında Avropa çempionu Anastasiya Boskoviçi 4:1 hesabı ilə məğlub edərək qızıl medala layiq görülüb.
Bundan başqa, məktəbli boksçular arasında Səma Hüseynova, gənclərdə Aysun İsmayılova, Nərmin Əlizadə, böyüklərdə Anaxanım İsmayılova, Esmira Məmmədova, Günel Rəhimova bürünc medal qazanıblar.
Nəticə olaraq, milli komandamızın mükafatlarının sayı 8-ə çatıb.
Leyla Kamil
Leqal.info