Bu gün səhər saatlarında Xaçmaz rayonunda Qusarçay istiqamətində qaz xəttini texnika ilə zədələyiblər.

"Azəriqaz" İstehsalat Birliyindən Leqal.info-ya verilən məlumata görə, nəticədə 15 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır və əhalinin qazla təminatı üçün təxirəsalınmaz tədbirlər görülür.