Rusiyanın sanksiyalara məruz qalan “VTB Bank”ı Gürcüstan bazarını tərk edir.

“Leqal.info” xəbər verir ki, bu barədə bankın rəhbəri Andrey Kostin “İnterfaks” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bank yalnız Gürcüstanı tərk etmək barədə qərar verib: “VTB Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Çin və Hindistanda qalmaqda davam edir. Bizim mövqeyimiz prinsipialdır, biz hər yerdə qalırıq. Bu ölkələrdə biznesimizin inkişafı üçün perspektivlər görürük. Biz yalnız Gürcüstandan gedirik, bu ölkədə vəziyyət bir qədər başqadır”.

Qərb ölkələrinin Rusiyaya Ukraynadakı müharibəyə görə tətbiq etdiyi maliyyə sanksiyalarından sonra 1995-ci ildə təsis olunmuş “VTB Bank”ın Gürcüstan bölməsi fiziki şəxslər, borc alanlar və depozitarilərə xidmət göstərmək hüququndan məhrum edilib. Bankın pərakəndə kredit və depozit portfeli “BasisBank”a, hüquqi şəxslərə xidmət portfeli isə “Liberty Bank”a verilib.

Leqal.info