Azərbaycan bu ilin yanvar-noyabr aylarında Rusiyaya 820 milyon dollar dəyərində qeyri-neft sektoru məhsulları ixrac edib.

Leqal.info xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% və ya 56,3 milyon dollar çoxdur. 

Hesabat dövründə ölkənin ümumi ixracında Rusiyanın payı 30,5% təşkil edib. Ötən ilin 11 ayında isə bu göstərici 32,37% olub. Rusiya Azərbaycanın qeyri-neft ixracında əsas bazar olduğu üçün bu ölkəyə 859,3 milyon dollarlıq ümumi ixracın 820 milyon dolları qeyri-neft ixracının payına düşüb.

11 aylıq hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi 3,2 milyard dollar dəyərində olub ki, bu da illik müqayisədə 23% çoxdur. Yanvar-noyabr aylarında Rusiyaya ixrac 7,1% və ya 57.1 milyon dollar artaraq 859,3 milyon dollara, idxal isə 33,3% və ya 600 milyon dollar artaraq 2,4 milyard dollara çatıb.

Gülnar Əhmədli
Leqal.info