Leqal.info xəbər verir ki, şirkət yığımlarını ötən ilin 11 ayı ilə müqayisədə 90,8 milyon manat və ya 31,8% artırıb. Bu göstərici ilə "Paşa Həyat Sığorta" sektorun ən çox yığım edən şirkəti olub.
Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu dövrdə şirkətin ödənişləri illik müqayisədə 3,4 milyon manat və ya 1,7% artaraq 200,8 milyon manata çatıb.
Hesabat dövründə holdingin digər şirkəti "Paşa Sığorta"nın da yığımlarında artım dinamikası davam edib. Şirkət yığımlarını 30 milyon manat və ya 18,2% artıraraq 194,5 milyon manata çatdırıb. Şirkətin ödənişlərini isə illik müqayisədə 5,6 milyon manat və ya 8,1% azalıb. Belə ki, "Paşa Sığorta" yanvar-noyabr aylarında 63 milyon manatlıq sığorta ödənişi həyata keçirib.
Gülnar Əhmədli
Leqal.info