Rusiya Bankı Rusiya maliyyə institutlarının bəzi aktivlərinin sərbəst buraxılması ehtimalını çox aşağı qiymətləndirib.

Leqal.info vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin saytında dərc olunmuş hesabatda deyilir.
Xatırladaq ki, Rusiya banklarının xaricdəki aktivlərinin bir hissəsi sanksiyalara görə tamamilə dondurulmuşdu. Bir sıra bankların da Milli Hesablaşma Depozitarında (NSD) vəsaitləri bloklanıb. Rusiya Federasiyasının Mərkəzi Bankı hesab edir ki, onları geri qaytarmaq mümkün olmayacaq.

"Hüquqi nöqteyi-nəzərdən onların hələ də müsadirə edilməməsinə baxmayaraq, bu aktivlərin qaytarılması perspektivləri olduqca aşağı görünür", - hesabatda deyilir.

Bununla əlaqədar, Rusiya Bankı tamamilə bloklanmış aktivlər üzrə itkilər zamanı ehtiyatların yaradılması məqsədilə banklara 10 illik (31 dekabr 2032-ci il tarixinədək) taksit planı təqdim etməyi təklif edir.

"2023-cü ildə bloklanmış aktivlərlə bağlı kredit riskini qiymətləndirərkən banklar məhdudlaşdırıcı tədbirlərə görə onların bloklanması faktorunu nəzərə almaya biləcəklər", - tənzimləyici əlavə edib.

Rusiya Federasiyası Mərkəzi Bankı da izah etdi ki, ehtiyatlar taksit planı üzrə minimum səviyyəyə bərabər və ya ondan yuxarı olmalıdır. "Eyni zamanda, 02.01.2022-ci il tarixinədək formalaşan ehtiyatların ləğv edilməsinə icazə verilmir", - tənzimləyici bildirib.
Elvin Mahmudlu
Leqal.info