Leqal.info xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən II üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, bölgənin tranzit və logistika baxımından xüsusi önəmi var və tərəflər bu istiqamətdə əməkdaşlığı müzakirə edib.
Nazir, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt limanının yükdaşıma qabiliyyətlərinin artırıldığını da vurğulayıb.
Leqal.info