Bakıda 37 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Leqal.info-nun əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, H.Aslanov qəsəbəsində qeyd edilib.

Belə ki, Rusiya vətəndaşı, 1984-cü il təvəllüdlü Timoşevskaya Vera Valeryevna yaşadığı evdə hamam otağında paltar yuyarkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.