Abşeronda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Leqal.info-nun məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Mahmudova Zəhraxanım Azər qızı və 3 yaşlı övladı Mahmudova Lalə Toğrul qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.