Bu barədə Leqal.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın bölmələri hadisə yerinə çatana kimi 7 nəfər (onlardan 4-ü uşaqdır) xəstəxanaya aparılıb. Uşaqlardan ikisi xəstəxanada vəfat edib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
TƏBİB-dən "Report"a bildirilib ki, Sabunçu rayonunda baş vermiş yanğın zamanı zərər çəkmiş şəxslər 29.06.2022-ci il tarixində saat 08:10 radələrdində ağır yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə daxil olub: "Vətəndaşlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri ağır olaraq qiymətləndirilir".