"Leqal.info"nun xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev Zəfər Günü münasibətilə noyabrın 5-də Baş Prokurorluqda keçirilən tədbirdə deyib.
O bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluqlarda hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində prokurorluq əməkdaşlarının xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi məqsədilə yüksək şərait yaradılıb, növbətçilik əsasında fəaliyyət göstərilməsi üçün ayrılmış inzibati binalarda müasir maddi-texniki təchizat təmin olunub.