19 yanvar 2023-cü il tarixində 1986-cı il təvəllüdlü Gəncə sakini Sərxan Orucovun qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı şəhər Baş Polis idarəsinin 4-cü Polis Bölməsinə məlumat daxil olub.

Leqal.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun sözlərinə görə, polis əmədaşları əməliyyat-axtarış tədbirləri keçirib və nəticədə, S. Orucovu bıçaqlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Elmixan Həsənov saxlanılaraq istintaqa təhvil verilib.
Sözügedən faktla bağlı araşdırmalar davam etməkdədir.
Leyla Kamil
Leqal.info