Salyanda yol qəzası baş verib.

Leqal.info xəbər verir ki, 1986-cı il təvəllüdlü Teymurzadə Qoşqar Səfərli oğlu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə 1976-cı il təvəllüdlü Ağayev Zaur Tağı oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobilin toqquşması nəticəsində “Toyota Corolla” markalı avtomobildəki sərnişin, 1954-cü il təvəllüdlü Ağa Faiq Xudaverdi oğlu yerindəcə dünyasını dəyişib.
“Toyota Corolla” markalı avtomobildəki digər sərnişin, 1994-cü il təvəllüdlü Məmmədova Ülkər Rafiq qızı isə xəstəxanaya yerləşdirilib.
Sözügedən faktla əlaqədar cinayət işi başlanılıb.
Elnurə Fərhadqızı
Leqal.info