Cəlilabadda, Göytəpə şəhəri ərazisində yol qəzası baş verib.

Leqal.info xəbər verir ki, hərəkət əsnasında minik avtomobili idarəetməni itirərək maneəyə çırpılıb. Qəza nəticəsində xəsarət alan rayon sakinləri, 2006-cı il təvəllüdlü Ü.Piriyev və 2007-ci il təvəllüdlü İ. Mikayılov xəstəxanaya yerləşdirilib.
Sözügedən faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info