Yevlaxda rayonunda avtomobil piyadanı vuraraq ölümünə səbəb olub.

Leqal.info xəbər verir ki, Vəkil Həsənov idarə etdiyi “VAZ 21074” markalı avtomobillə yolu keçən 1964-cü il təvəllüdlü Zəyniyar Süleymanovanı vurub. Piyada xəstəxanaya yerləşdirilməsinə baxmayaraq elə orada dünyasını dəyişib.
Sözügedən faktla əlaqədar cinayət işi başlanılıb.
Elnurə Fərhadqızı
Leqal.info