Kürdəmir rayonunun Babək prospektində “VAZ 2107” və “Mitsubişi” markalı maşınların toqquşması nəticəsində qəza baş verib.

Leqal.info xəbər verir ki, qəza nəticəsində hər iki avtomobilin sürücüsü- Kürdəmir rayon sakinləri 50 yaşlı Akif Emin oğlu Məmmədov və 35 yaşlı Namiq Söhrab oğlu Ədilov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Hadisədən zərər çəkən şəxslər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Sözügedən faktla bağlı araşdırma aparılır.
Elnurə Fərhadqızı
Leqal.info