Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Leqal.info xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Əmiraslanov Əli Azad oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.