Gəncədə 34 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.

Leqal.info xəbər verir ki, 1989-cu il təvəllüdlü Vüqar Cəfərov münaqişə zəminində tanışı Elmidar Quliyev tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Sözügedən faktla bağlı cinayət işi başlanılıb.


Elnurə Fərhadqızı

Leqal.info