Bakıda Pakistan vətəndaşı yol qəzasında xəsarət alıb.

Leqal.info xəbər verir ki, Xətai rayonu, Lütfizadə və Sarayevo küçələrinin kəsişməsində 2000-ci il təvəllüdlü Səfərli İlkin Elmar oğlunun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Pakistan Respublikası vətəndaşı 2002-ci il təvəllüdlü Abdul Vahab Vasifin idarə etdiyi moped toqquşub.

Hadisə nəticəsində Pakistan vətəndaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Elnurə Fərhadqızı
Leqal.info