Bakının Qaradağ rayonunda yol-nəqliyyatı hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Ümid qəsəbəsində baş verib.

1976-ci il təvəllüdlü Hüseynova Gülnar Muxtar qızı yolu keçərkən onu minik avtomobili vurub.

Ağır xəsarət alan piyada Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Elnurə Fərhadqızı
Leqal.info