Şəkidə 58 yaşlı qadın intihar edib.

Leqal.info xəbər verir ki, hadisə axşam saatlarında rayonun Zunud kəndində baş verib.

Kənd sakini 1965-ci il təvəllüdlü Pərvanə Zərbal qızı Məhərrəmovanın meyiti yaşadığı ünvanda asılı vəziyyətdə tapılıb. İlkin araşdırma zamanı qadının intihar etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info