Bakıda piyadaların ölümü ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

Leqal.info xəbər verir ki, Bakıxanov qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi dövlət qeydiyyat nömrəsi bəlli olmayan “Reno” markalı avtomobillə piyada, 1959-cu il təvəllüdlü Məlikova Simuzər Nurməmməd qızını vuraraq hadisə yerindən qaçıb.

Piyada S.Məlikova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin 1997-ci il təvəllüdlü Əhmədov İsmət Habil oğlu olduğu müəyyən edilərək saxlanılıb.

Bundan əlavə, naməlum sürücü idarə etdiyi avtomobillə Sabunçu qəsəbəsi ərazisində hərəkətdə olan piyada, 1956-cı il təvəllüdlü İsmayılov Elyaz Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Elnurə Fərhadqızı
Leqal.info