Bakıda avtomobil qadını vuraraq öldürüb.


Leqal.info xəbər verir ki, hadisə Pirallahı rayonu ərazisində baş verib. Həsənov Əli Vaqif oğlu idarə etdiyi “Dacia Logan” minik markalı avtomobillə hərəkətdə olarkən piyada, 1969-cu il təvəllüdlü Eyravilova Esmira Məhəmməd qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Elnurə Fərhadqızı
Leqal.info