Tovuzda yol nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində baş verib.

Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil VAZ 2107 markalı avtomobil ilə toqquşub. Nəticədə "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq yol kənarındakı avtomobil sexinə çırpılıb. Bu zaman "VAZ 2107"də olan sərnişin, Tovuz rayon sakini 22 yaşlı Amil Hüseynov xəsarət alaraq Tovuz mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Xəsarət alanın vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info