Xaçmazın Nəriman Nərimanov küçəsində yerləşən kafedə yanğın olub.

Leqal.info xəbər verir ki, yanğın nəticəsində kafe yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə bölməsinin qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın daha geniş əraziyə yayılmayıb və söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info