Bakıda yük avtomobili ilə minik maşını toqquşub, 2 nəfər ölüb.

Leqal.info xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi istiqamətində baş verib.

Belə ki, Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman" markalı yük avtomobili ilə 1989-cu il təvəllüdlü Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub. Nəticədə “Nissan”da olan sərnişinlər - 1963-cü il təvəllüdlü Kərimova Pərvanə Xanlar qızı və 1960-cı il təvəllüdlü Xələfova Təranə Xanlar qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib, digər sərnişin, 2019-cu il təvəllüdlü Məhərrəmli Vaqif Famil oğlu isə alın nahiyəsinin travması xəsarəti alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Elnurə Fərhadqızı
Leqal.info