Abşeronda kranla avtomobil toqquşub.

Leqal.info xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

İsmayıl Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə Ehtiram Fərzalıyevin idarə etdiyi "İVECO" markalı kran avtomobili ilə toqquşub. Nəticədə minik avtomobillində olan 1973-cü il təvəllüdlü Afət Əhmədova və 2017-ci il təvəllüdlü Zəminə Hüseynli dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elnurə Fərhadqızı
Leqal.info