Biləsuvarda ölümlə nəticələnən ağır yol qəzası olub.

Leqal.info hadisə rayonun Ağayrı kəndində baş verib.

Kənd sakini 1997-ci il təvəllüdlü Əsgərzadə Dadaş Bəhlul oğlu idarə etdiyi motosikleti ağaca çırpıb. Ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılan sürücü həkimlərin səyinə baxmayaraq, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info