Yevlax rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Leqal.info xəbər verir ki, aeroport yolunda baş verən qəza "Vaz-21011" markalı avtomobilin idarəetmədən çıxması nəticəsində olub.

Qəza nəticəsində, sürücü və avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı və övladı xəsarət alıblar. Sürücünün avtomobildə olan digər övladı -2022-ci il təvəllüdlü A.Bəkirov isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Sözügedən faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info