Şəkidə minik avtomobili aşıb.


Leqal.info xəbər verir ki, hadisə rayonun Çələbixan qəsəbəsi ərazisində baş verib.

Rayonun Qudula kənd sakini, 48 yaşlı Telman Nəcməddin oğlu İsaqovun idarə etdiyi “VAZ 21000” markalı minik avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü T. İsaqov və onun sərnişini 49 yaşlı Elçin İdris oğlu İbrahimxəlilov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info