Şamaxıda avtomobil qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Şamaxının Göylər kəndi ərazisində baş verib.

İlkin məlumata əsasən, “Mercedes” və “VAZ 2107” markalı avtomobillər toqquşaraq yol kənarına aşıb. Qəza nəticəsində hər iki maşında olan sərnişinlər ağır bədən xəsarətləri alıb.

Qəza nəticəsində xəsarət alan 5 nəfər Şamaxı Mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Qəzada xəsarət alanlardan 4 nəfərin - Bağırlı kənd sakini, 1960-cı il təvəllüdlü Alıyev Famil Cümşüd oğlu, Çaylı kənd sakini, 1961-ci il təvəllüdlü Baxışova Xoşqədəm Abbas qızı və Dağ Bağırlı kənd sakini, 1969-cu il təvəllüdlü Qəfərov Şəfaət Qəfər oğlunun və 1999-cu il təvəllüdlü Baxışov Salam Cahangir oğlunun vəziyyəti orta ağır, digər bir nəfərin vəziyyəti isə daha ağır qiymətləndirilir.

Elnurə Fərhadqızı
Leqal.info