Biləsuvar rayonunda bu gün səhər saatlarında eyni ərazidə xəsarətlə nəticələnən iki yol qəzası olub.

Leqal.info xəbər verir ki, hər iki hadisə rayonun Süd zavodu yaxınlığında baş verib.

Birinci qəzada 3 nəfər rayon sakini - 1989-cu il təvəllüdlü G.Rufullayeva, 1989-cu il təvəllüdlü T.İmanova və 2016-cı il təvəllüdlü D.Mirzəyeva xəsarət alıb.

Sözügedən ikinci avtoqəza zamanı "VAZ 2106" markalı minik avtomobili yolun kənarına aşıb. Qəza nəticəsində sürücü, 1978-ci il təvəllüdlü F.Qurbanov xəsarət alıb.

Hadisələr əsnasında xəsarət alan 4 nəfər rayon xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Elnurə Fərhadqızı
Leqal.info