Şamaxıda avtomobil qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Sabir qəsəbəsində baş verib. Bakı istiqamətində hərəkət edən avtomobilin anidən təkəri partlayıb və avtomobil yoldan çıxıb. Nəticədə avtomobildə olan sərnişin, İsmayıllı rayonunun Topçu kənd sakini, 1991-ci il təvəllüdlü Şəfiyev Fariz Rizvan oğlu xəsarət alıb.

Xəsarət alan şəxs Mərkəzi rayon xəstəxanasına çatdırılıb, vəziyyəti normal olaraq qiymətləndirilir.

Elnurə Fərhadqızı
Leqal.info