Bakıda toy məclisində bıçaqlanma baş verib.

Leqal.info xəbər verir ki, hadisə Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə baş verib.

1992-ci il təvəllüdlü Əmrah Alışov toy məclisində aralarında yaranmış mübahisə zamanı 1991-ci il təvəllüdlü Rəvan Əsgərovu bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədən şəxs saxlanılıb.

Elnurə Fərhadqızı
Leqal.info