Gədəbəydə yanğın olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Dəryirmandağ kəndində baş verib.

Kənd sakininə məxsus evdə anidən yanğın başlayıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparlır.

Elnurə Fərhadqızı
Leqal.info