Füzulidə evdə yanğın baş verib.

Leqal.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun 8 №-li Qayıdış qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları 90 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Elnurə Fərhadqızı