Goranboyda yanğın hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Nizami kəndində baş verib.

Kənd sakini 64 yaşlı Maya Yusibovaya məxsus iki mərtəbəli evin birinci mərtəbəsində yanğın olub. Əraziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Yanğın zamanı Maya Yusubova tüstüdən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info