Kürdəmir rayon sakini intihar edib.

Leqal.info xəbər verir ki, hadisə rayonun Mürtülü kəndində baş verib.

Kənd sakini, 1989-cu il təvəllüdlü Qədirov Aqşin Məmməd oğlu özünə qəsd edib.

Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info