Kürdəmirdə 34 yaşlı kişinin evdə meyiti aşkarlanıb.

Leqal.info xəbər verir ki, Mürtüllü kəndində 1989-cu il təvəllüdlü Aqşin Qədirovun meyiti anası tərəfindən evin qonaq otağında asılmış vəziyyətdə tapılıb.

Onun intihar etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info