Sabirabadda intihar hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndində baş verib.

Belə ki, Nərimankənd kənd sakini, 1992-ci il təvəllüdlü Həsənova Samirə Nəsrulla qızı özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihar edib. İki uşaq anası olan 31 yaşlı qadının hansı səbəbdən intihar etdiyi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info