Ağstafada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, rayon sakini 1949-cu il təvəllüdlü Raya Abdullayeva yolu qarşı tərəfə keçmək istəyərkən onu avtomobil vurub.

Xəstəxanaya aparılan yaşlı qadın yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info