Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Leqal.info xəbər verir ki, Nizami rayonu, Heydər Əliyev prospekti 110 ünvanının qarşısında Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Məmmədov İlkin Natiq oğlu idarə etdiyi “Mersedes Vito” markalı avtomobillə Ağdam rayon sakini 1960-cı il təvəllüdlü Cəfərova Şəfiqə Şahmar qızını vurub.

Piyada həmin avtomobilin sürücüsü tərəfindən Sabunçu Tibb Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib.

Sözügedən faktla bağlı cinayət işi başlanılıb.


Elnurə Fərhadqızı

Leqal.info