Leqal.info xəbər verir ki, Əliqulu Nərimanov və Qələbə küçələrinin kəsişməsində iki maşın toqquşub.
"Mercedes" markalı nəqliyyat vasitəsi digər minik avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Quba Müalicə və Diaqnostika mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.
Elvin Mahmudlu
Leqal.info