Leqal.info xəbər verir ki, hadisə Cəlilabad şəhərində, avtovağzal ərazisində baş verib.
"Mercedes" markalı minik avtomobilinin daş hasara çırpılması nəticəsində 1976-cı il təvəllüdlü Mirfəttah Təhməzov və onun övladı - 2012-ci il təvəllüdlü V. Təhməzova xəsarət alıb.
Xəsarət alanlar rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Elnurə Fərhadqızı
Leqal.info