Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Çiləgir kəndi ərazisində baş verib.

"Vaz 2106" və "Vaz 2107" markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info