Leqal.info xəbər verir ki, Kür çayının rayonun Muğan Gəncəli kəndindən keçən hissəsindən naməlum şəxsə aid paltarlar tapılıb.
Həmin paltarların 2007-ci il təvəllüdlü Məlikzadə Babək Rafət oğluna aid olduğu ortaya çıxıb.
Çayda boğulması ehtimal edilən yeniyetmənin axtarışları FHN-in dalğıcları tərəfindən hazırda davam etdirilir.
Elvin Mahmudlu
Leqal.info