Leqal.info xəbər verir ki, Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü R. Cəfərov idarə etdiyi VAZ 2107 markalı ilə Gəncə şəhərində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobil aşıb. Nəticədə avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Gəncə şəhər sakini Teymur Bayramov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar davam edir.
Elvin Mahmudlu
Leqal.info