Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Leqal.info xəbər verir ki, Qəhrəmanlı kəndində 1994-cü il təvəllüdlü Əyyub Salahlının idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək aşıb.

Qəza nəticəsində avtomobildə olan 2001-ci il təvəllüdlü Rəşad Orucov və 1995-ci il təvəllüdlü Eltun Xudiyev ölüb. Sürücü Əyyub Salahlı isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info